Diksiya Analizi

ÖDƏNİŞSİZ

Diksiya analizi

Analiz xidmətimiz diksiyanızı qiymətləndirmək və inkişaf etdirmək üçün nəzərdə tutulmuşdur. Burada səsinizi qeydə alaraq müxtəlif aspektlərdən (aydınlıq, sürət, vurğu və s.) diksiyanızın vəziyyətini analiz etdirə bilərsiniz. Bu analizə əsasən diksiyanızın inkişaf etdirilməsi üçün xüsusi tövsiyələr veriləcək. Aşağıdakı təlimatları izləyərək səs qeydinizi göndərin və nəticələri əldə edin.

Diksiyanızın inkişafa ehtiyacı olduğunu düşünürsünüzsə, Diksiya kurslarımızdan faydalana bilərsiniz.

Analiz hansı mərhələlərdən ibarətdir?

Təqdim olunan mətni səsləndirin. Səs faylını aşağıdakı anketə əlavə edərək bizə göndərin.

Göndərdiyiniz səs faylı təhlil olunaraq güclü və inkişaf etdirilməli tərəfləriniz müəyyənləşdiriləcək.

Diksiyanızla bağlı ətraflı rəy və fərdi tövsiyələr hazırlanaraq e-poçt vasitəsilə sizə təqdim olunacaq.

Səsləndirmə üçün tövsiyələr:

  • Hər sözü tam və düzgün tələffüz edin.
  • Nə çox sürətli, nə də çox yavaş danışmayın. Orta temp seçin.
  • Səs tonunu monoton etməyin, vurğuları düzgün yerləşdirin.
  • Sait və samit səsləri tam və aydın ifadə edin.
  • Cümlələr arasında düzgün nəfəs alaraq fasilələr qoyun.
  • Səsi nə çox aşağı, nə də çox yüksək tutun. Təbii və ifadəli danışın.

Texniki tövsiyələr:

  • Səssiz mühitdə qeydə alın – fon səsi olmamalıdır.
  • Səsyazma zamanı qulaqlıqdan istifadə edilsə, səsin keyfiyyətinə müsbət təsir edə bilər.
  • Mikrofonu ağıza çox yaxın və ya çox uzaq tutmayın – səs təbii və aydın olmalıdır.
  • Qeydi göndərməzdən əvvəl dinləyin və keyfiyyəti yoxlayın.

🎙️ Mətni səsləndirin

Səsləndirməni necə edə bilərəm?

Hansı cihazda səsləndirmə etmək istəyirsiniz?

📱 Android cihazlarda (Samsung, Xiaomi, Huawei və s.)
  1. "Səs Yazıcı" (Voice Recorder) tətbiqini açın.
    • Bəzi telefonlarda bu tətbiqin adı "Diktofon" və ya "Recorder" ola bilər.
  2. Qırmızı "Qeyd" düyməsinə basın və mətni aydın şəkildə səsləndirin.
  3. Bitirdikdən sonra "Dayandır" və ya "Stop" düyməsinə basın.
  4. Faylı MP3 və ya WAV formatında saxlayın.
    • Faylı adlandırarkən adınızı və soyadınızı yazın (məsələn: Ali_Hasanzade.mp3).
  5. Faylın yerini yadda saxlayın ki, saytda rahat seçə biləsiniz.

Alternativ: Daha keyfiyyətli səs yazmaq üçün Dolby On və ya Easy Voice Recorder kimi pulsuz tətbiqlərdən istifadə edə bilərsiniz.

🍏 iPhone və iPad (iOS) cihazlarında
  1. "Voice Memos" (Diktofon) tətbiqini açın.
  2. Qırmızı "Qeyd" düyməsinə basın və mətni səsləndirin.
  3. Bitirdikdən sonra "Stop" düyməsinə basın.
  4. Səsyazmanı seçin və "Paylaş" düyməsinə basın.
  5. "Faylı Saxla" seçimini edərək MP3 və ya WAV formatında saxlayın.

Alternativ: Daha peşəkar səsyazmalar üçün GarageBand və ya Dolby On istifadə edə bilərsiniz.

💻 Kompüterdə (Windows və macOS)

1. Windows-da (PC, Laptop)

  1. "Voice Recorder" (Səs Qeyd) tətbiqini açın.
    • "Başlat" (Start) menyusuna daxil olun və "Voice Recorder" yazaraq tapın.
  2. Mikrofonun aktiv olduğuna əmin olun.
  3. "Qeyd" düyməsinə basın və danışın.
  4. Bitirdikdən sonra "Stop" edin və faylı MP3 və ya WAV formatında saxlayın.
  5. Faylı adınız və soyadınızla adlandırın (Ali_Hasanzade.mp3).

Alternativ: Audacity (pulsuz proqram) və ya Online Voice Recorder (sayt üzərindən) istifadə edə bilərsiniz.

2. Mac (MacBook, iMac)

  1. "Voice Memos" tətbiqini açın.
  2. Qeyd düyməsinə basın və mətni səsləndirin.
  3. "Stop" edin və MP3/WAV formatında saxlayın.
  4. Faylı adınızla qeyd edib göndərməyə hazır saxlayın.

Uyğun bildiyiniz hər hansısa bir mətni seçərək səsləndirə bilərsiniz.

✅ Səs faylını göndərin

Səs faylını necə göndərə bilərəm?

Saytda anketi doldurmaq və səs faylını göndərmək üçün:

  1. Saytdakı anketə daxil olun.
  2. Anket məlumatlarını doldurun.
  3. "Fayl Seçin" düyməsinə (Choose File) basın.
  4. Yadda saxladığınız MP3/WAV faylını seçin.
  5. Fayl 20 MB-dan çox olmamalıdır.
  6. "Göndər" düyməsinə basaraq faylı təqdim edin.

    Faylın ölçüsü 20 MB-dan artıq olmamalıdır.

    Qiymətləndirmə meyarları

    Diksiyanız aşağıdakı 6 əsas meyara görə qiymətləndiriləcək:

    • Aydınlıq və dəqiqlik – Sözlərin aydın və başa düşülən şəkildə tələffüz edilməsi. Sözlər arasında lazımsız birləşmələrin və ya şivə təsirlərinin olmaması.
    • Sürət və temp – Nitqin nə çox sürətli, nə də çox yavaş olmaması. Dinləyicinin rahat şəkildə anlayacağı optimal sürətin qorunması.
    • Ahəngdarlıq və melodika – Səs tonunun monoton olmaması, vurğuların düzgün yerləşdirilməsi və ifadəli danışıq bacarığının olması.
    • Tələffüz və artikulyasiya – Hərflərin və sözlərin düzgün şəkildə ifadə edilməsi. Çənə, dil və dodaq hərəkətlərinin tələffüzü dəstəkləməsi.
    • Nəfəs idarəsi – Uzun cümlələrdə nəfəsin doğru yerlərdə alınması və verilməsi. Nitq zamanı boğulmaların və ya nəfəs çatışmazlığının olmaması.
    • Səsin Gücü və Tonu – Danışanın səsinin nə çox zəif, nə də çox yüksək olması. Fərqli situasiyalara uyğun səs tonu seçilməsi və emosional ifadəliliyin qorunması.