Effektiv Ünsiyyət və Bədən Dili

İş mühitində baş tutan görüş zamanı mavi zolaqlı köynək geyinmiş gənc qadın gülümsəyərək danışır. Qarşısında oturan və tünd rəngli kostyum geyinmiş kişi diqqətlə qulaq asır. Qadın əl hərəkətləri ilə sözlərini dəstəkləyir, məkan isə müasir və işıqlı bir ofis kimi görünür.

Gündəlik həyatımızda, iş görüşlərində, ictimai çıxışlarda və şəxsi münasibətlərdə uğur qazanmağın əsas şərtlərindən biri effektiv ünsiyyət bacarığıdır. Danışıq tərziniz, səs tonunuz, bədən diliniz və ünsiyyət strategiyalarınız qarşı tərəfə sizi necə qəbul edəcəyini müəyyən edir. Bu kurs ünsiyyət bacarıqlarınızı inkişaf etdirmək, auditoriya və ya fərdi ünsiyyətdə daha inandırıcı və təsirli olmaq üçün hazırlanmışdır.

Bu kursda siz emosional zəkanın ünsiyyətə təsiri, dinləmə və ifadəetmə bacarıqları, sözlü və sözsüz ünsiyyət strategiyaları, bədən dili ilə təsir yaratmaq və danışıqlarda manipulyasiyadan qorunmaq kimi mövzuları mənimsəyəcəksiniz.

Kurs kimlər üçündür?

  • Menecerlər və rəhbərlər – İş görüşlərində və komanda ilə ünsiyyətdə daha təsirli olmaq üçün.
  • Satış və müştəri xidmətləri mütəxəssisləri – Müştərilərlə effektiv ünsiyyət qurmaq üçün.
  • Siyasətçilər və ictimai şəxslər – Auditoriya qarşısında özünü ifadə etmə bacarıqlarını inkişaf etdirmək üçün.
  • Tələbələr və gənc peşəkarlar – Karyera yolunda ünsiyyət bacarıqlarını gücləndirmək üçün.
  • Özünü ifadə etməkdə çətinlik çəkənlər – Daha sərbəst danışmaq və bədən dilindən düzgün istifadə etmək üçün.

Kursun məqsədi

Bu kursun əsas məqsədi iştirakçıların ünsiyyət bacarıqlarını inkişaf etdirmək, emosional zəkanı artırmaq və insanlarla daha dərin əlaqə qurmaq üçün lazımi alətləri öyrətməkdir.

Kurs ərzində siz:

  • Effektiv ünsiyyətin əsas prinsiplərini mənimsətmək
  • Danışıq və dinləmə bacarıqlarını inkişaf etdirmək
  • Bədən dilinin təsir gücünü artırmaq
  • Çətin və münaqişəli situasiyalarda ünsiyyət strategiyalarını öyrətmək
  • Emosional zəkanın ünsiyyətə təsirini anlamaq

İndi qeydiyyatdan keçin, 30% endirim qazanın!

Tədris proqramı

I Bölmə: Ünsiyyətin əsasları və ritorika

1.1. Ünsiyyətin psixoloji və sosial aspektləri
  • Fərqli ünsiyyət tipləri və onların təsiri
  • Effektiv ünsiyyətin əsas prinsipləri
1.2. Dinləmə və ifadəetmə bacarıqları
  • Aktiv dinləmə texnikaları və diqqət artırma üsulları
  • Öz fikirlərini dəqiq və təsirli ifadə etmək
1.3. Sual vermə və dialoq qurma texnikaları
  • Açıq və qapalı sualların rolu
  • Müzakirələrdə düzgün yanaşma və inandırıcılıq

II Bölmə: Bədən dili və emosional zəka

2.1. Bədən duruşu və jestlərin ünsiyyətdə rolu
  • İnamlı duruş və jestlərin nitqə təsiri
  • Auditoriya ilə göz təması və onun əhəmiyyəti
2.2. Səs tonu və nitq tempinin təsiri
  • Emosional təsir yaratmaq üçün səsin istifadəsi
  • Sürətli və yavaş danışıq tempinin məna yaratması
2.3. Emosional intellekt və ünsiyyət
  • Emosional zəkanın nitqə və münasibətlərə təsiri
  • Qarşı tərəfin emosiyalarını anlama və uyğun reaksiya vermə

Kursun sonunda nə əldə edəcəksiniz?

  • Fikrini daha açıq və inandırıcı ifadə etmə bacarığı.
  • İş və şəxsi münasibətlərdə uğurlu ünsiyyət strategiyaları.
  • Bədən dili və emosional zəkanın ünsiyyətdə tətbiqi.
  • Çətin və konfliktli situasiyalarda ünsiyyəti uğurla idarə etmə.
  • Danışıqlarda daha inandırıcı və təsirli çıxış etmək.

Kursu uğurla tamamlayan uşaqlara rəsmi sertifikat təqdim olunur.

Əgər siz də iş görüşlərində, ictimai çıxışlarda və gündəlik ünsiyyətdə daha təsirli və inandırıcı olmaq istəyirsinizsə, bu kursa uğur qazanmaq, fikirlərinizi peşəkar və təsirli şəkildə çatdırmaq istəyirsinizsə, bu kurs tam sizin üçündür!

SÜRƏTLİ QEYDİYYAT

İndi qeydiyyatdan keçin, 30% endirim qazanın!

Endirim müddəti limitlidir və ilk dərs ödənişsizdir. Zəng sifariş edin, biz sizinlə əlaqə saxlayaq, detalları müzakirə edək.



    Ən çox verilən suallar

    Sualınızın cavabını tapa bilmirsinizsə, bizimlə əlaqə saxlaya bilərsiniz. Yardımçı olmaqdan məmnun olarıq!

    Diksiya kursu kimlər üçün uygundur?

    Diksiya kursu hər kəs üçün uygundur, xüsusilə düzgün və təsirli danışmaq istəyən şəxslər, blogerlər, mütəxəssislər, rəhbərlər və kütlə qarşısında çıxış etmək istəyənlər üçün faydalıdır.

    Kursları hansı yaş qrupları üçün təklif edirsiniz?

    Biz kurslarımızı hər yaş qrupuna uyğunlaşdırırıq. Uşaqlardan böyüklərə qədər hər kəs üçün fərdi və qrup dərsləri mövcuddur. Uşaqlar üçün xüsusi olaraq nitq və ünsiyyət kursu təklif edilir.

    Kurslar online və ya fiziki şəkildə keçirilir?

    Kurslar həm onlayn, həm də fiziki şəkildə keçirilir. İstədiyiniz metodla dərslərə qoşula bilərsiniz, hər iki variantda da keyfiyyətli və effektiv tədris təmin olunur.

    Kursların müddəti nə qədərdir?

    Kursların müddəti fərdi ehtiyaclara və kursun növünə görə dəyişir. Ümumiyyətlə, kurslar 4-12 həftə arasında davam edir. Hər bir iştirakçının inkişaf tempi nəzərə alınaraq dərslər tənzimlənir.

    Kursa necə qeydiyyatdan keçmək olar?

    Kursa qeydiyyatdan keçmək üçün saytımızda mövcud olan qeydiyyat formunu doldura və ya bizimlə əlaqə saxlaya bilərsiniz. Biz dərhal sizinlə əlaqə quraraq əlavə məlumat verəcəyik.

    Kursu bitirdikdən sonra sertifikat alacağam?

    Bəli, kursu uğurla tamamlayan iştirakçılara rəsmi sertifikat verilir. Sertifikat, əldə etdiyiniz bilik və bacarıqları təsdiq edir və şəxsi inkişafınızda, iş həyatınızda faydalı olacaq.