
Uğurlu təqdimat bacarıqları yalnız səhnədə və ya iclas otaqlarında deyil, gündəlik ünsiyyətdə, iş görüşlərində, təlimlərdə və hətta sosial həyatımızda da böyük rol oynayır. Təqdimat bacarıqları kursu sizə öz fikirlərinizi aydın, inandırıcı və təsirli şəkildə ifadə etməyi öyrədəcək.
Bu kurs vasitəsilə siz auditoriya qarşısında həyəcanı idarə etməyi, nitqinizi strukturlaşdırmağı, səsinizin və bədən dilinizin təsir gücünü artırmağı, dinləyicilərlə effektiv əlaqə qurmağı öyrənəcəksiniz. Məqsədiniz istər peşəkar çıxış etmək, istərsə də gündəlik ünsiyyətdə daha təsirli olmaq olsun, bu kurs sizə lazım olan bütün bacarıqları qazandıracaq.
Kurs kimlər üçündür?
Kursun məqsədi
Bu kursun əsas məqsədi iştirakçılara öz fikirlərini strukturlaşdırılmış, səlis və inandırıcı şəkildə təqdim etməyi öyrətməkdir. Kurs həm nəzəri bilikləri, həm də praktiki tapşırıqları özündə birləşdirir.
Kurs nəticəsində uşaqlar:
İndi qeydiyyatdan keçin, 30% endirim qazanın!
Tədris proqramı
I Bölmə: Təqdimat bacarıqlarının əsaslarıları
- Effektiv təqdimat üçün vacib qaydalar.
- Fərqli təqdimat formatları və auditoriyaya uyğunlaşma.
- Giriş, əsas hissə və nəticə – ideal təqdimat modeli.
- Sürətli və effektiv məzmun hazırlama üsulları
- Müxtəlif auditoriya tipləri və onlara uyğun danışıq üslubları.
- Dinləyicilərin marağını cəlb etmə və onların diqqətini qoruma yolları.
- Effektiv jest və mimikalar.
- Dinləyicilərlə göz təması qurma və rahat dayanma texnikaları.
II Bölmə: Nitqin ifadəliliyi və səsin idarə olunması
- Nitq tempini və tonunu düzgün tənzimləmək.
- Sözlərin vurğulanması və dinamik danışıq texnikaları.
- Səhnə nitqi üçün nəfəs məşqləri.
- Mikrofonla və mikrofonsuz danışıq texnikaları.
- Səhnə qorxusunu aradan qaldırmaq üçün psixoloji yanaşmalar.
- Praktiki rahatlama və stress idarəetmə texnikaları.
III Bölmə: Praktiki məşqlər və tətbiqetmə
- Qısa və uzun təqdimat nümunələri ilə məşqlər.
- Xüsusi ssenari üzərində nitq qurma.
- Nitqinizi və çıxış tərzinizi inkişaf etdirmək üçün geribildirim metodları.
- Ən çox edilən təqdimat səhvləri və onların həlli yolları.
- PowerPoint, Canva və digər alətlərdən effektiv istifadə qaydaları.
- Minimalist və təsirli təqdimat dizayn prinsipləri.
Kursun sonunda nə əldə edəcəksiniz?
Kursu uğurla tamamlayanlara rəsmi sertifikat təqdim olunur.
Siz də auditoriya qarşısında rahat, inamlı və təsirli danışmaq istəyirsinizsə, bu kurs sizin üçün ideal seçimdir!