
Nitq insanların öz fikirlərini ifadə etməsi, başqaları ilə ünsiyyət qurması və cəmiyyətdə özünü tanıtması üçün əsas vasitələrdən biridir. Lakin təəssüf ki, bir çox insan düzgün danışıq vərdişlərinə sahib olmadığı üçün fikirlərini tam ifadə edə bilmir, ünsiyyət zamanı həyəcanlanır və ya qeyri-aydın danışır. Ümumi diksiya kursu məhz bu problemləri aradan qaldırmaq, səlis və təsirli danışığı formalaşdırmaq üçün hazırlanmışdır.
Bu kurs həm peşəkar, həm də gündəlik həyatında ünsiyyətini inkişaf etdirmək istəyən hər kəs üçün uyğundur. Burada siz nitqinizin dəqiqliyini, ifadəliliyini və təsir gücünü artıracaq, daha aydın və inandırıcı danışmağı öyrənəcəksiniz.
Kurs kimlər üçündür?
Kursun məqsədi
Bu kursun əsas məqsədi iştirakçılara daha aydın, axıcı və ifadəli danışmağı öyrətməkdir. Kurs ərzində:
İndi qeydiyyatdan keçin, 30% endirim qazanın!
Tədris proqramı
I Bölmə: Nitqin əsasları və diksiya məşqləri
- Düzgün nitqin şəxsi və peşəkar həyatda rolu.
- Effektiv ünsiyyət üçün əsas qaydalar.
- Diksiyanın əhəmiyyəti və gündəlik həyatda rolu.
- Nitqin axıcılığı və düzgün ifadə tərzi.
- Sait və samit səslərin düzgün tələffüzü.
- Sözlərin və cümlələrin aydın deyilməsi üçün texnikalar.
- Həddindən artıq sürətli və ya yavaş danışma probleminin həlli.
- Doğru intonasiyanın seçilməsi və vurğuların düzgün istifadəsi.
- Diafraqmal nəfəs alma texnikaları.
- Səsin gücünü artırmaq və yorulmadan danışmaq üçün metodlar.
II Bölmə: Praktiki nitq bacarıqlarının inkişafı
- Nitq zamanı söz tapmaqda çətinlik çəkməmək üçün strategiyalar.
- Gündəlik söz ehtiyatını genişləndirmək yolları.
- “Iıııı”, “hmmm” kimi danışıq qüsurlarını azaltmaq.
- Fikrini tez və anlaşıqlı ifadə etmək üçün texnikalar.
- Ünsiyyətdə jest və mimikalardan düzgün istifadə qaydaları.
- Göz təması və nitqin təsir gücünü artıran vərdişlər.
- Qarşı tərəfi öz fikrinə inandırma texnikaları.
- Dəqiq və məntiqli danışıq qurma yolları.
- Danışıq zamanı həyəcanı və gərginliyi azaltmaq.
- Daha sərbəst və rahat nitq üçün psixoloji hazırlıq metodları.
Kursun sonunda nə əldə edəcəksiniz?
Dərsləri tam şəkildə başa vuran iştirakçılar rəsmi sertifikat əldə edirlər.
Siz də nitqinizi mükəmməlləşdirmək, daha təsirli və inamlı danışmaq istəyirsinizsə, Ümumi diksiya kursuna qoşulun!